Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 17:22
Aktrisa Hande Erçel son günlər özəl həyatı ilə gündəmdən düşmür.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi İstanbulun Nişantaşı səmtində obyektivlərə tuş gəlib. Jurnalistləri görən aktrisa onlarla salamlaşsa da sualları cavabsız qoyub.
O, məşhur iş adamı Murad Can Akdoğan ilə sevgili olduqları haqda deyilənlərə əsəbiləşib.
Qeyd edək ki, cütlüyün tanış olmasına Muradın bacısı Cansın Hacısoy və Handenin bacısı Gamze Erçel Yıldırım səbəb olub. Gamze və Cansın rəfiqədir.