Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağstafada 5 nəfər dəm qazından zəhərlənib

Ağstafada 5 nəfər dəm qazından zəhərlənib

Tarix: 21 Mart 2021 09:30

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Aşağı Kəsəmən kəndində baş verib. Dəm qazından zəhərlənənlərin adları məlum olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, dəm qazından 1967-ci il təvəllüdlü Məmmədova İradə Paşa   qızı, 1988-ci il təvəllüdlü Məmmədov Rəşad   İbrahim  oğlu, 1984-cü il təvəllüdlü Məhərrəmova İlhamə Məhər qızı  və 1989-cu il təvəllüdlü  Məmmədov Emil İbrahim oğlu zəhərlənib.

Evdə olan azyaşlı - 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Rəşad oğlunda isə yüngül zəhərlənmənin elementləri olub.


Etiketlər:  Ağstafada nəfər dəm qazından zəhərlənib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ