Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2021 18:15
Ermənistanda planlaşdırılan növbədənkənar seçkilər risklərin böyük olduğu dövrə daxil olmağımıza səbəb olacaq.
Sonxeber.net bildirir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında QAFSAM-ın sədr müavini, politoloq Nazim Cəfərsoy deyib. O bildirib ki, bu seçkilər Azərbaycan üçün neqativ haldır:
"Çünki Ermənistanda radikallaşma, müxalifətin Qarabağla bağlı populist iddialar ortaya atması, müxtəlif vədlər verməsi artacaq. Hətta Sarkisyan artıq açıqlama verib ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Həmçinin Paşinyan da buna qarşı olaraq müəyyən radikal çıxışlar edə bilər. Bu, Qarabağda qeyri-sabitlik yaradacaq. Qarabağdakı ermənilər arasında müəyyən hərəkətlilik yaranacaq və onlar müxalifətin tərəfində olmağa önəm verəcək. Bu bizim üçün risklərin artması deməkdir. Bundan başqa Paşinyanın işinin mərkəzində seçkiləri qazanmaq olacağı üçün Azərbaycanla Qarabağla bağlı məsələlərdə və müzakirələrdə o qədər də könüllü olmaya bilər. Bu da öz növbəsində Ermənistanla Azərbaycan arasında bu prosesdə müəyyən tərəddüdlər və dayanmalar yaradacaq".
Politoloq onu da qeyd edib ki, seçki prosesində antiterror əməliyyatlarını keçirsək, qazandığımız uğurlar Paşinyanın məğlubiyyət xanasına yazılacaq və rəqiblərini gücləndirəcək.