Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ermənistan ordusu siyasi proseslərə qatılmayacaq” - Yeni rəis

“Ermənistan ordusu siyasi proseslərə qatılmayacaq” - Yeni rəis

Tarix: 22 Mart 2021 15:30

Ermənistan Silahlı Qüvvələri siyasi proseslərdə iştirak etməyəcək.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin yeni təyin olunan Baş Qərargah rəisi Artak Davtyan açıqlama verib. 

"Silahlı Qüvvələrin rəhbərliyi tərəfindən məlum açıqlamadan (Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat - red.) sonra vəziyyət həll edildi və mövcud fikir ayrılıqları qanuni müstəviyə keçdi. Ermənistan Silahlı Qüvvələri hökumətə tabe və Konstitusiyaya görə mülki nəzarət altında olmaqla yanaşı, yalnız Ermənistanın təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etmək öhdəliklərini rəhbər tutaraq siyasi məsələlərdə bitərəf qalacaq", - deyə Davtyan qeyd edib.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bu gün Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinin icrasına başladığını açıqlayıb.


Etiketlər:  Ermənistan ordusu siyasi proseslərə qatılmayacaq Yeni rəis


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ