Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Niderland Kralına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Niderland Kralına təbrik məktubu göndərib

Tarix: 26 Aprel 2019 17:09

Bakı. Trend:

Prezident İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksanderə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Kral Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyev Niderland Kralına təbrik məktubu göndərib


RƏYLƏR