Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2021 00:00
Gənc və uzunömürlü olmaq yalnız xarici amillərdən deyil, həm də hərəkətlilikdən asılıdır.
Sonxeber.net xəbər verir ki, bu barədə gerontoloq, professor Vladimir Xavinson danışıb. Mütəxəssis uzun və sağlam həyata dair vacib tövsiyələr verib: siqaret çəkməyin, spirtli içki içməyin, daha çox hərəkət edin və kalori qəbulunu azaldın.
"Uzunömürlülüyün açarı düzgün və balanslı qidalanma, kalori qəbulunun məhdudlaşdırılması, tərəvəz və meyvələrin pəhrizə daxil edilməsidir. Bundan əlavə, nikotin aradan qaldırılmalı, eyni zamanda alkoqollu içkilər də azaldılmalıdır", - ekspert qeyd edib.
Gerontoloqun sözlərinə görə, alkoqoldan imtina insanın iş qabiliyyətini yüksəldir. İçkidən sistematik istifadə erkən yaşlanmaya səbəb olur.
Professor etil spirtinin qaraciyər, beyin və ürək hüceyrələri üçün zəhər olduğunu xatırladıb. Belə ki, bədən kiçik dozaları orqanizmdən xaric edir, lakin artıq böyük dozaların öhdəsindən gələ bilmir. (publika.az)