Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda lüt gəzən qadını hansı cəza gözləyir? - Hüquqşünas rəyi

Bakıda lüt gəzən qadını hansı cəza gözləyir? - Hüquqşünas rəyi

Tarix: 23 Mart 2021 18:58

Xəbər verdiyimiz kimi, Bakıda qadın ictimai yerdə alt paltarı ilə gəzərkən görüntülənib. Hadisə ətrafdakı şəxslər tərəfindən birmənalı qarşılanmayıb. DİN-in şöbə rəisi, polis mayoru Elşad Hacıyev hazırda məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Maraqlıdır, həmin şəxsi buna görə məsuliyyət gözləyə bilərmi?

Sumqayıt şəhəri 2 saylı vəkil bürosunun müdiri, vəkil Leyla Bədəlova sfera.az-a açıqlamasında deyib ki, hər kəsin ifadə azadlığı var və geyim də insanın özünü ifadəsinin bir təzahürüdür:

"Qanunla geyim forması müəyyən edilməyib və yaxud, geyimə görə hər hansısa bir məsuliyyət nəzərdə tutulmayıb. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur".

Vəkil qeyd edib ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür:

"Burada birgə yaşayış qaydalarının qərəzli formada pozulması, cəmiyyətinin hər hansı bir üzvünün mənafelərinə toxunan hər hansı bir hərəkət baş verməsə də, cəmiyyətdə hər kəs tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq mövcuddur. Hər kəsin hüquq və azadlıqları başqalarının hüquqları ilə məhdudlaşır. Odur ki, şəxsin əməli inzibati qaydada, xırda xuliqanlıq kimi tövsif edilə bilər".


Etiketlər:  Bakıda lüt gəzən qadını hansı cəza gözləyir Hüquqşünas rəyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ