Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan Müdafiə Nazirliyi öz xalqına necə yalan danışır?

Ermənistan Müdafiə Nazirliyi öz xalqına necə yalan danışır?

Tarix: 23 Mart 2021 20:00

Martın 22-də Ermənistanın müvəffəqiyyətsiz Müdafiə Nazirliyi iki hərbi qulluqçunun Jermukun müdafiə mövqelərindən birində itkin düşdüyünü, qar fırtınası zamanı postlardan birinə gedərkən itdiklərini bildirib.

Milli.Az caliber.az-a istinadən bildirir ki, Müdafiə şöbəsinin mətbuat xidməti tərəfindən həmin gün axşam saatlarında yayımlanan ikinci bildirişdə isə hər iki əsgərin olduğu yerin müəyyənləşdirildiyi və onların azad edilməsi üçün intensiv iş aparıldığı bildirilib. Düzdür, onların vəziyyətləri barədə heç bir məlumat yoxdur, ancaq qurbanların sağ olduğu dəqiq bilinir. Bu xəbəri Ermənistan MN "Sputnik Ermənistan" üçün sözbəsöz təsdiqləyib.

İndi isə, hadisədən bir gün sonra müqaviləli hərbçilərdən birinin xəstəxanaya aparıldığı və Aqassi Ovannisyanın həyatının xilas edilə bilmədiyi xəbərləri yayımlanıb.

Həm də nazirlik rəsmilərinin qurbanların sağ olduğu və bu barədə dəqiq məlumatlı olduqları ilə bağlı xəbərlərlə Ermənistan cəmiyyətini sevindirməsindən 10 saat sonra...

Milli.Az


Etiketlər:  Ermənistan Müdafiə Nazirliyi öz xalqına necə yalan danışır


RƏYLƏR