Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2021 21:18
Asılılıq hissi ən çox özünə güvənməyən və özünə az hörmət qoyan adamlarda olur.Asılılıq hissi ilə yaşayan şəxsiyyət özü sərbəst halda bir iş görə bilmir daima kimin isə onu idarə etməsini arzulayır.Belə ki,bu cür adamlar qəti qərar qəbul edə bilmirlər və öz yanlarında həmişə bir liderin olmasını istəyirlər.Sərbəst qərar qəbul etmək və onu həyata keçirmək bu cür adamlara xas olan xüsusiyyət deyil.
Belə adamlar hətta deyilməsi gərək olan sözü ətrafdakının xətrinə dəyməməsi üçün gizlədirlər.Kimsənin könlünü qırmamaq üçün onlar hətta bəzən öz fikirlərini belə söyləmirlər.Bu adamlarda isə daima mədə-bağırsaq problemləri baş verir ki,bunun da səbəbi sinir sistemi ilə əlaqədar olur.
18 və 18-dən yuxarı,aşağıdakı xüsusiyyətlərə malik olan adamlar asılı şəxsiyyətlər hesab edilir:
* gündəlik qərarlarının qəbul edilməsində çətinlik çəkənlər
* öz məsuliyyətlərini başqalarının üstünə qoymaq istəyənlər
* daima başqalarının sözü ilə oturub-duranlar
* sərbəst halda öz işlərini həll edə bilməyənlər
* daima ətrafındakılarla iş görməyi xoşlayanlar
* özünü köməksiz hiss edənlər
* özünə asılı olmaq üçün yeni dostlar axtaranlar
* öz-özünün qayğısına qala bilməməkdən qorxanlar
Belə insanların əsas problemləri özlərini xəstə hesab etməmələridir.
Bu xəstəlik hesab edilməsə də psixoloji patologiya sayılır.Patologiyanın əlamətlərini aradan qaldırmaq üçün psixoloqun və psixoterapevtin birlikdə məslətəti vacibdir.