Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gizli təhlükə: Bu simptom bağırsaq xərçənginin əsas xəbərçisidir

Gizli təhlükə: Bu simptom bağırsaq xərçənginin əsas xəbərçisidir

Tarix: 8 Oktyabr 2025 06:39

Koloproktoloq Sondra Kavalukas nəcisdə qan olmasının bağırsaq xərçəngi riskini kəskin şəkildə artırdığını bildirib. Onun sözlərinə görə, bu simptom xərçəng ehtimalını 8,5 dəfə yüksəldir.

Sonxeber.net xəbər verir ki, həkim bu barədə "Daily Mirror" nəşrinə danışıb.

Mütəxəssis qeyd edib ki, istənilən yaşda olan pasiyentlərdə nəcisdə qan müşahidə olunarsa, bağırsaq xərçəngi riski əhəmiyyətli dərəcədə artır: "Əgər pasiyent 35 yaşındadır və yalnız anal nahiyədə ağrıdan şikayət edirsə, bəlkə də kolonoskopiyaya ehtiyac yoxdur. Amma nəcisdə qan varsa, bu, kolorektal xərçəngin güclü göstəricisidir".

Həkim əlavə edib ki, nəcisdə qan hər zaman xərçəng demək deyil, lakin səbəbi dəqiq müəyyənləşdirmək üçün kolonoskopiya vacibdir. O, bu müayinənin çox vaxt gənc pasiyentlərə təyin edilmədiyini, halbuki bu simptomun xərçəng riskini dəfələrlə artırdığını vurğulayıb. (olke.az)


Etiketlər:  Gizli təhlükə simptom bağırsaq xərçənginin əsas xəbərçisidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ