Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanın xarici dövlət borcu 7,8 milyard dollara çatıb

Gürcüstanın xarici dövlət borcu 7,8 milyard dollara çatıb

Tarix: 24 Mart 2021 21:26

Gürcüstanın xarici dövlət borcu 2,1 milyard dollar artaraq 7,8 milyard dollara çatıb. Bu son illər ərzində ən böyük göstəricidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstanın ən çox borcu olan kredit təşkilatları sırasında Asiya İnkişaf Bankı birinci yerdədir.

Ölkənin bu banka 1,7 milyard dollar borcu var.

İkinci yerdə 1,1 milyard dollarla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, üçüncü yerdə isə 906 milyon dollarla Beynəlxalq İnkişaf Agentliyi dayanır.

Artımın əsas səbəblərindən biri koronavirusa qarşı mübarizə və pandemiyanın iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması məqsədilə beynəlxalq kredit təşkilatlarından alınan borcdur.


Etiketlər:  Gürcüstanın xarici dövlət borcu milyard dollara çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ