Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niderlandda pandemiya ilə bağlı məhdudiyyətlər aprelin 20-dək uzadılıb

Niderlandda pandemiya ilə bağlı məhdudiyyətlər aprelin 20-dək uzadılıb

Tarix: 24 Mart 2021 23:40

Niderland Krallığında COVID-19 epidemiyasına yoluxanların sayı yenidən artdığı üçün pandemiya ilə bağlı mövcud məhdudiyyətlərin tətbiqi aprelin 20-dək uzadılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Niderland Baş naziri Mark Rutte deyib. Bildirib ki, Niderlandda COVID-19 epidemiyasına qarşı mübarizə aparmaq üçün mövcud məhdudiyyətlər aprelin 20-dək qüvvədədir. Yalnız ölkə yay vaxtına keçdiyinə görə komendant saatının müddəti 1 saat azalaraq axşam saat 22-dən səhər saat 4:30-dək davam edir.

"Aktual vəziyyət çox narahatedici olduğu üçün mövcud məhdudiyyət qaydaları hələ davam edəcək", - deyən M.Rutte xəstəxanada koronavirus xəstələrinin sayının artdığını bildirib. Ölkədə son sutkada 5636 yeni yoluxma qeydə alınıb.

Xatırladaq ki, COVID-19 pandemiyası başlayandan 17 milyon əhalisi olan Niderlandda 1,2 milyon yoluxma və 16 339 ölüm faktı qeydə alınıb.


Etiketlər:  Niderlandda pandemiya ilə bağlı məhdudiyyətlər aprelin dək uzadılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ