Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 12:26
Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində piyada keçidinin olduğunu bildirən nişan zolaqdan bir neçə metr irəlidə quraşdırılıb. Nəticədə sürücülər və piyadalar problemlə qarşılaşırlar.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Əliağa Vahid küçəsində bir müddətdir ki, bu cür hal yaşanır.
Yoldan istifadə edən sürücülərin sözlərinə görə, həm piyada zolağının silinməsi, həm də piyada keçidini bildirən yol nişanının zolaqdan bir neçə metr qabaqda quraşdırılması onlar üçün qəza şəraiti yaradır.
Yaxınlıqda yaşayan sakinlər isə bildirirlər ki, əksər hallarda sözügedən problemin yaşanması səbəbindən sürücülər onların yoldan keçmələri üçün şərait yaratmırlar. Bəzi hallarda isə yol- nəqliyyat hadisələri də baş verir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sözügedən piyada keçidi nizamlanmayan keçiddir. "Yol hərəkəti haqqında" qanuna əsasən, nişan birbaşa zolağın yanında quraşdırılmalıdır.
Ərşad Hüseynov əlavə edib ki, mövcud standartlara görə piyada zolağı yaxşı görünən formada olmalıdır. Bununla yanaşı, qaranlıq vaxtlarda zolaq işıqqaytarıcılarla təmin edilməlidir.
Baş Dövlət Yol Polisi İdarəsindən ''Xəzər Xəbər''ə bildirildi ki, problemlə bağlı aidiyyəti üzrə əməkdaşlar əraziyə baxış keçirəcək, sürücü və piyadaları narahat edən məsələ araşdırlacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: