Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hafis Səfixanov: "İndiyədək Azərbaycan tərəfindən minaya düşənlərin sayı 3000-ə yaxındır"

Hafis Səfixanov:

Tarix: 25 Mart 2021 12:52

"İkinci Qarabağ müharibəsinə qədər Ermənistan hökumətinin məlumatlarına görə, onlardan 636 nəfər minaya düşüb".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafis Səfixanov deyib.

Onun sözlərinə görə, bu dövrdə Azərbaycan tərəfindən minaya düşənlərin sayı isə 3000-ə yaxındır: "Onlardan 525 nəfəri həlak olub. Bizdə həlak olanların sayı Ermənistandakı ümumi saya yaxındır. Bu, onu göstərir ki, minalanmış ərazilər Azərbaycan torpaqlarıdır. Piyadalar əleyhinə minalar ucuz silah sayılır. Ermənistanın isə bu problemi yoxdur, çünki onlarda bu minalar istehsal olunur".

O qeyd edib ki, son döyüşlərdə mina qurbanları hələ ki qeydə alına bilməyib.

Milli.Az


Etiketlər:  Hafis Səfixanov İndiyədək Azərbaycan tərəfindən minaya düşənlərin sayı 3000 ə yaxındır


RƏYLƏR