Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nikolay Tsiskaridze Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən danışdı - VİDEO

Nikolay Tsiskaridze Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən danışdı - VİDEO

Tarix: 25 Mart 2021 13:00

Rusiyanın xalq artisti Nikolay Tsiskaridze "Instagram" hesabında Azərbaycanın xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti haqqında paylaşım edib.

O, qeyd edib ki, bu əsərin vəzifəsi insanı dəyişməyə qadir olan sevginin gücünü göstərməkdir. Artist həmçinin 1998-ci ildə bu baletdə iştirak etdiyini də vurğulayıb.

2021-ci ildə bu əsərin dünya premyerasının 60 ili tamam olur. Bununla əlaqədar olaraq Tsiskaridze bu balet haqqında məlumat paylaşmağa qərar verib. Əsərin səhnə həyatı Yuri Qrigoroviç, quruluşçu-rəssam Simon Virsaladze, azərbaycanlı quruluşçu-dirijor Niyazinin rəhbərliyi ilə Sankt-Peterburq Opera və Balet Teatrında başlayıb.

Milli.Az


Etiketlər:  Nikolay Tsiskaridze Arif Məlikovun Məhəbbət əfsanəsi baletindən danışdı VİDEO


RƏYLƏR