Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 16:16
Ermənistanın Eçmiədzin şəhərində general Manvel Qriqoryanın qaynı Aşot Əmiryan avtomobil vurması nəticəsində ölüb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Shamshyan.com" saytı yayıb.
İnsident Eçmiədzin-Marqara yolunun 2 kilometrliyində baş verib. Əmiryan hadisə yerində ölüb.
Qəzanı törədən sürücü hadisə yerindən qaçaraq gizlənib.
Qeyd edək ki, Manvel Qriqoryanın özü 44 günlük müharibənin gedişində Xankəndidə qəflətən pisləşərək İrəvana aparılmış, 19 noyabr 2020-də orda ölmüşdü.