Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yenə boşanma xəbəri ilə gündəmə gəldilər

Yenə boşanma xəbəri ilə gündəmə gəldilər

Tarix: 25 Mart 2021 18:30

20 ildir evli olan müğənni Leonid Aqutin və Anjelika Varum yenidən boşanma xəbərləri ilə gündəmə gəliblər.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, hər dəfə olduğu kimi yenə də Aqutinin həyat yoldaşına başqa bir qızla xəyanət etdiyi iddia olunub. Cütlük münasibətlərində dəfələrlə ciddi mübahisə yaşandığını etiraf etsə də, ayrılmadığını açıqlayıb.

Aqutin "Son 15 ildə bizi dəfələrlə boşatdırıb, birləşdiriblər. Onların düşüncəsinə görə, biz evləndikdən 5 il sonra ayrılmalı idik. Valideynlərimiz ilk dəfə belə xəbər çıxanda pis reaksiya verdilər. İndi öyrəşiblər" sözlərini deyib.

Müğənni bir müddət əvvəl xanım pərəstişkarı ilə gecə bir yerdə qalması xəbərlərinə də aydınlıq gətirib:

"Guya, həmin qıza onu ulduz edəcəyim haqda söz vermişəm. Onu otelə çağırıb, səhərə kimi içki içmişik. Hətta yazmışdılar ki, şou-biznesdəki bütün kişilər belədir. Anam buna görə mənə zəng vurub, danlayırdı. Adlarını yazdıqları qız belə yəqin ki, realda yoxdur. Hətta qızım da mediada yazılanlara əhəmiyyət vermir".


Etiketlər:  Yenə boşanma xəbəri ilə gündəmə gəldilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ