Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2025 22:50
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, Zümrüd "Xəzər axşamı" proqramında müğənninin qızı Cananın onu danışdırmadığını deyib:
"Canan qızımın yanına gəlib-gedir. Amma mənimlə danışmır. Onu Aygünün balası soruşub, xəbər tuturam, qapıma gəlir. Sosial şəbəkədə mənə yazırlar "Aygünün davamçısı". Görürəm ki, xoşları gəlmir, deyirlər, Aygünün bir davamçısı var, o da qızıdır. Mən onun yadigarı deyiləm, sənətinin davamçısıyam".
Qeyd edək ki, Aygün Bəylər ötən il uzun sürən xərçəng xəstəliyindən vəfat edib. (Axşam.az)