Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya çempionatı keçiriləcək ölkədə idman zalları bağlanır

Dünya çempionatı keçiriləcək ölkədə idman zalları bağlanır

Tarix: 25 Mart 2021 18:34

Qətər hökuməti ölkə ərazisində koronavirusun "Britaniya ştammı" aşkar edilməsindən sonra məhdudlaşdırıcı tədbirləri sərtləşdirmək qərarına gəlib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, martın 26-da qüvvəyə minəcək yeni məhdudiyyətlər sırasına idman zallarının bağlanması, 12 yaşdan kiçik uşaqların mağazaya daxil olması və s. daxil edilib.

Bundan əlavə kinoteatr, muzey, restoran ziyarətçilərinin sayı minimuma endirilib, açıq havada beş nəfərdən çox insanın toplaşması qadağan edilib.

Xatırladaq ki, Qətər 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.


Etiketlər:  Dünya çempionatı keçiriləcək ölkədə idman zalları bağlanır


RƏYLƏR