Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 18:50
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə H.Akar media nümayəndələrinə açıqlamasında deyib.
Bildirilib ki, danışıq əsnasında Suriyadakı qanun pozuntuları müzakirə edilib. Oradakı terror qruplarının qısa müddətdə nəzarət altına alınması və onlara qarşı bir sıra mübarizə tədbirlərinin qüvvəyə minməsinin zəruriliyi ifadə edilib. Nazir bununla bağlı rusiyalı həmkarı ilə həmfikir olduqlarını bildirib.
Bundan əlavə, H.Akar açıqlamasında bu il martın 1-dən indiyədək, əsasən Suriyanın şimalında 200-dən çox terrorçunun zərərsizləşdirildiyini qeyd edib.