Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirniyyat böhranına necə mane olmaq olar?

Şirniyyat böhranına necə mane olmaq olar?

Tarix: 25 Mart 2021 20:51

Şirniyyat böhranının qarşısı necə alınar, bu böhranı necə keçər və onunla baş etmənin yolları haqqında bir çox sual bütün insanlar tərəfindən davamlı sorğulanır. "Şirniyyat böhranı anında nələr edilə bilər?" şəklində bir çox suala mütəxəssislər müəyyən təkliflərirəli sürüb. Həmin təkliflərdən bir neçəsi ilə tanış olun:

Şirniyyat böhranının səbəbləri nələrdir?

Bu hal ümumiyyətlə yemək aralarını uzun buraxan insanlarda daha sıx görülür. İki yemək arası uzun olduğunda qan şəkəri düşür və düşən qan şəkəri nəticəsində insan şirin qəbul etmə ehtiyacı duyur. Bədəndəki bəzi vitamin və mineral çatışmazlıqları, əsasən də dəmir əskikliyi davamlı bir şirin ehtiyacı istəyi yaşadır.

Depressiya və duyğusal hisslər zamanıda bədənin şirniyyat istəyinin artdığı dövrlərdir. Bu dövrlərdə bir çox insan xüsusilə də qadınlar şirinə qarşı həddindən artıq həssaslıq və istək yaşayırlar.

Şirniyyat böhranları ilə baş etmənin yolları

Şirniyyat böhranı gəldiyində bunu bilin ki çox az insan qalib gəlir. Orqanizm hər nə edər nə etməz o şirniyyatı qəbul etməyə məcbur edər. Bu səbəbdəndə burada bu krizislərdən ən az zərərlə çıxmağın yollarını tapmaq lazımdır. Bədənin bu krizisə girdiyi anlarda onu həll edəcək və bu ehtiyacı ödəyəcək sağlıqlı qidalar seçmək ən doğru seçimdir.

Şəkərsiz saqqızlar şirniyyat ehtiyacını qarşılaya bilərmi?
Qətiyyətlə buna hə demək mümkündür. Hətta bir çox mütəxəssislər belə krizislərdə xüsusilə şəkərsiz saqqızları təklif edirlər. Onsuz da aparılan bir çox araşdırmalar şəkərsiz saqqız çeynəmənin yemək yemə istəyini azaltdığını göstərmişdir.

Quru meyvə yeyə bilərsiniz. Məsələn quru ərik kimi. Yaxud da az kalorili bir boşqab meyvə də şirniyyat ehtiyacınızı kəsəcək. Bol şərbətli və bol kalorili şirinlər yeməkdənsə bol kakaolu tünd şokolad qəbul etməyə çalışın.

Canınız hər dəfə şirniyyat çəkdiyində dərhal şirin bir şeylər qəbul etmək əvəzinə bu istəyi yayındırmaq yollarına baxın və əsla stresslə baş edə bilmək üçün şirniyyat yeməyin. Çünki bu vərdiş halına gələr və hər kədərləndiyinizdə bədən şirniyyat istəyə bilər. Özünüzü uzun müddət ac buraxmayın. Yemək aralarını çox uzun etməyin və çalışın sağlam qidalar qəbul edin.


Etiketlər:  Şirniyyat böhranına necə mane olmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ