Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Soyuducunun üzərinə yapışdırılan maqnitlər - ciddi təhlükə yaradır

Soyuducunun üzərinə yapışdırılan maqnitlər - ciddi təhlükə yaradır

Tarix: 25 Mart 2021 22:42

Soyuducunun qapısına müxtəlif maqnitlərin yapışdırılması bir çox ailələrdə maraqlı hobbiyə çevrilib, hətta bəzi qeydləri də soyuducuda maqnitlə yapışdırırlar.

Son zamanlar bu maqnitlərin həmin evdə yaşayan insanların beyninə, səhhətinə, biosahəsinə mənfi təsir göstərdiyi barədə məlumatlar verilir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bir qrup mütəxəssis ürəyində stend, kardiostimulyator olan insanların maqnitli soyuducuya yaxın getməməsini qəti tövsiyə edir.
Soyuducu ilə maqnitlərin təmasından həmin sahədə güclü, mənfi maqnit sahəsi yaranır və bu dağıdıcı enerjidir.

Körpə və azyaşlı uşaqlar olan evlərdə soyuducuya maqnit yapışdırmayın.

Bir maqnitin soyuducu qapısında uzun müddət bir yerdə qalması da zərərlidir, heç olmasa onların yerini tez-tez dəyişin.

Soyuducuya maksimum 2-3 ədəd kicik maqnit yapışdırmaq olar.

Qapını bütünlüklə, xüsusən iri maqnitlərlə bəzəmək həm soyuducunun işinə, həm ərzaqlara, həm də yaxınlıqda olan insanlara, xüsusən yaşlı, xəstələrə, ürək xəstələrinə mənfi təsir edir.

Milli.Az


Etiketlər:  Soyuducunun üzərinə yapışdırılan maqnitlər ciddi təhlükə yaradır


RƏYLƏR