Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Panik atak xəstəliyi nədir?

Panik atak xəstəliyi nədir?

Tarix: 25 Mart 2021 23:45

Panik atak xəstəliyi bir çox insanda rast gəlinən bir növ ruhi xəstəlikdir. Panik atak əslində dövr-dövr hamımızı yoxlayar, lakin biz bunu hiss edib çox da başa düşmürük. Sadə bir qorxu ya da bir cür çətinlikli dövr sanıb üzərində dayanmayın. Ancaq bu vəziyyətlər getdikcə sıxlaşar və ailə, ictimai ya da iş həyatına təsir etməyə başlarsa o zaman yaşanan çaxnaşma panik atak xəstəliyə çevrilmiş vəziyyətdədir deməkdir. Panik atak xəstəliyinin əlamətləriBu xəstəlik hər kəsdə fərqli növlərdə baş verə bilər. Bəzi insanlarda təyyarə qorxusu yarana bilər və beləliklə həmin insan panik atak, həyəcan yaşayaraq bir daha təyyarəyə minmək hətta təyyarəni görmək belə istəməyə bilər. Yaxud da itdən qorxma meydana gələ bilər. Panik atak yaşayan adam it gördüyü anda həmin qorxuya, çaxnaşmaya tutulur.Bəzi insanlarda isə ortada heç bir səbəb yada qorxulacaq hər hansı bir vəziyyət olmadan ortaya çıxar. Panik atak xəstəliyi yavaş başlayar və surətlənərək davam edər. 20-30 dəqiqə arası sürər və insanı çox çətinliyə salar. Bu tərz vəziyyətlərdə üzünüzü yumanız və təmiz havaya çıxmanız işə yaraya bilər. Panik atak böhranının (krizinin) əlamətləriPanik atak ilk dəfə yaşandığında insanda ciddi bir çaxnaşmaya, həyəcana səbəb olur. Belə halda olan insan özünü ölürmüş kimi hiss etməyə başlayar. Çoxları hətta infarkt keçirtdiklərini zənn edər. Panik atak anında xəstənin hiss etdikləri: nəfəs ala bilməmə, ürək döyüntüsü, boğulma hissi, soyuq tərləmə, titrəmə, ürək bulanma, qarın ağrısı, baş gicəllənməsi, yıxılacaq kimi olma, əllərdə və ayaqlarda keyimə. Panik atak krizinin nə zaman gələcəyi heç müəyyən olmaz. Panik atak xəstəliyinin səbəbləriPanik atak xəstəliyinin altında ümumiyyətlə ruhi sıxıntılar vardır. Lakin bəzi hallarda insanın bədənindəki bəzi vəziyyətlərin bu xəstəliyə yol açdığı fikri də irəli sürülür. Bu vəziyyətlər:- Qan şəkərinin aşağı olması;- Kortizol hormonunun yüksək olması;- Vitamin çatışmazlığı, xüsusilə də qanazlığı;- Müəyyən bəzi infeksion narahatlıqlar;- Ürək xəstəlikləri;- Ağciyər xəstəlikləri;- Hədsiz kofein tərkibli içki qəbulu;- Beyin şişləri. Panik atak müalicəsiBu xəstəlik əgər doğru müayinə edilsə və bu müalicə mütəxəssis bir həkim tərəfindən həyata keçirilsə sağalma ehtimalı böyükdür. Xəstəlik müddətində həkim antidepresan dərmanları, bəzi sakitləşdiriciləri istifadə etməyi məsləhət görəcək və bu ərəfədə nələr etmənizidə izah edəcəkdir. Müalicə zamanı hər zaman həkiminizlə rahat elaqə saxlamalısınız. Təcili bir vəziyyətdə ehtiyac duyduğunuzda dərhal həkiminizi axtarın. Əsla əlinizə keçən dərman preparatlarından istifadə etməyin. Sakitləşmək və rahatlamaq üçün qəti surətdə spirt ya da bəzi narkotik maddələrin istifadəsi fikrindən vaz keçin.


Etiketlər:  Panik atak xəstəliyi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ