Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2021 19:18
65 yaşdan yuxarı şəxslərin koronavirusa yenidən yoluxma riski yüksəkdir.
Sonxeber.net xəbər verir ki, bu barədə danimarkalı alimlər məlumat yayıb. Alimlərin araşdırmalarının nəticələri "Lancet" jurnalında yayımlanıb.
Tədqiqatçılar qeyd ediblər ki, ümumi cəmiyyətdə COVID-19-a qarşı qorunma 80%-dir. 65 yaşdan yuxarı insanlarla bağlı vəziyyətə gəldikdə, bu rəqəm təxminən 47 faizə düşür. Bu da o deməkdir ki, yaşlı insanlarda koronavirusa yoluxma riski daha yüksəkdir.
Alimlər onu da qeyd edib ki, bədənin təkrar infeksiyadan qorunması üçün ən etibarlı tədbir əhalinin bütün qruplarının peyvənd edilməsidir.
Yaşlılara vurulan peyvəndlər daxil olmaqla, dərmanların təsirli və təhlükəsiz olduğu göstərilib. (publika.az)