Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəriməni ödəyib, lakin sistemdən silinməyib - Sürücü: ''Maşınımı qorxa-qorxa sürürəm'' - VİDEO

Cəriməni ödəyib, lakin sistemdən silinməyib - Sürücü: ''Maşınımı qorxa-qorxa sürürəm'' - VİDEO

Tarix: 27 Mart 2021 12:20

Cəriməni ödəyib, lakin sistemdən silinməyib - Sürücü: "Maşınımı qorxa-qorxa sürürəm"
Ödədiyi cərimə elektron sistemdən silinmədiyi üçün sürücü avtomobilini idarə edə bilmir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda yaşayan Ağdam rayon sakini Elmidar Ələkbərov törətdiyi qayda pozuntusuna görə nəzərdə tutulmuş cəriməni ödəsə də, qəribə vəziyyətlə üzləşib. Sürücü iddia edir ki, onun cəriməsi Daxili İşlər Nazirliyinin elektron informasiya bazasından silinməyib.

Elmidar Ələkbərov deyir ki, ötən il karantin qaydalarını pozduğu üçün yol polisinin əməkdaşları tərəfindən 100 AZN cərimə olunub. Sürücü iddia edir ki, cəriməni vaxtında ödəsə də, sistemdən silinmədiyi üçün yol polisi əməkdaşları onu hər dəfə saxlayır.

Sürücünün sözlərinə görə belə anlaşılmaz vəziyyət yarandığına görə öz avtomobili olsa da, taksidən istifadə etmək məcbutiyyətində qalıb. Elmidar Ələkbərov deyir ki, saxlanılan zaman cərimənin ödənişinə dair qəbzi göstərsə də, heç nəyə kömək olmur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev "Xəzər Xəbər"ə bildirdi ki, vətəndaşın cəriməsinin sistemdən silinməməsi texniki problem səbəbindən ola bilər.

Elşad Hacıyev qeyd edib ki, sürücü bununla bağlı Nazirliyin elektron ünvanına onlayn qaydada müraciət etməlidir. Müraciət əsasında Elmidar Ələkbərovun üzləşdiyi problem araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Cəriməni ödəyib lakin sistemdən silinməyib Sürücü Maşınımı qorxa qorxa sürürəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ