Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2019 17:04
Bakı. Trend:
Azərbaycan cüdoçusu XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında bürünc medal qazanıb.
Trend-in məlumatına görə, oğlanların mübarizəsində üçüncü yer uğrunda döyüşən Məhərrəm İmamverdiyev (81 kq) israilli İftaç Badaşı vazari xalı ilə məğlub edərək bürünc medala sahib olub.
O, təsəlliverici görüşlərdə əvvəlcə isveçli Karl Baathı vazari xalı, daha sonra slovakiyalı Ret Samuelİ ipponla məğlub edib.
Digər bürünc medalı Qleb Zamkovovu məğlub edən ukraynalı Timur Valiyev qazanıb.
Bu çəki dərəcəsində yarışın qalibi gürcüstanlı Akaki Caparidzeni məğlub edən fransalı cüdoçu Arnaud Aregba olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin