Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 19:20
"Tesla" şirkətinin istehsal etdiyi elektromobilləri bundan sonra bitkoinlə almaq mümkündür".
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin sahibi, tanınmış iş adamı İlon Mask "Twitter" səhifəsində yazıb.
Şirkət sahibi həmçinin xaricdə, yəni ABŞ-dan kənarda "Tesla" elektromobillərini bitkoin ödəməklə almağın bu ilin sonundan mümkün olacağını bildirib.
Xatırladaq ki, fevralın 8-də "Tesla" bitkoin kripto valyutasına 1,5 milyard ABŞ dolları yatırdıqlarını, yaxın gələcəkdə bitkoini məhsullarına görə ödəniş vasitəsi kimi qəbul etməyə başlayacaqlarını açıqlayıb. Bundan bir qədər sonra İ.Mask bitkoinə sərmayəni bədxərclik olaraq dəyərləndirib.