Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2021 14:40
Hazırda "Alev Alev" serialında Cemre obrazını canlandıran aktrisa Demet Evgarın gözəllik salonunda qəfildən halı pisləşib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, ağrıları başlayan 40 yaşlı aktrisanı salondakı işçilər xəstəxanaya aparıblar. Müayinə zamanı Demetin böyrək daşından əziyyət çəkdiyi məlum olub.
Həkimlərin müdaxiləsindən sonra Demet Evgar özünü yaxşı hiss edib və o, xəstəxanadan evə buraxılıb.