Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2021 11:55
"Artıq bu gün üçüncü gündür ki, vəziyyətim ağır olaraq qalır. Baxmayaraq ki, ev şəraitində sistemlər qoşulur amma yenə də vəziyyətim ağırdır. Koronavirus analizi vermişəm. Yaxmanın cavabı isə hələ də gəlməyib".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova ("Pişik" Günel) özünün "Instagram" hesabında yazıb:
"Ölkədə səhiyyə çox bərbad vəziyyətdədir. Xəstəni zamanında müayinə etsələr yoluxma sayı bu qədər artmaz, bu qədər insan dünyasını dəyişməz. Bunun tək günahkarı Səhiyyə Nazirliyi, TƏBİB və əməkdaşlarıdır. İnsan həyatı bu qədərmi ucuzdur? Mən artıq söz tapmıram deməyə.
Üç gündür bilmirəm COVID-ə yoluxmuşam, ya yox? Allahdan qorxun! İnsanların həyatı ilə bu qədər oynamayın! Mən bilmirəm bu yazıq kasıb necə müayinə olunur. Səhiyyə Nazirliyi camaatı pulsuz müayinə etməlidir. Biraz vicdanlı olun".