Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stadiondan 33 min manatlıq kabel oğurlandı - FOTO

Stadiondan 33 min manatlıq kabel oğurlandı - FOTO

Tarix: 29 Mart 2021 14:26

Stadiondan 33000 manatlıq bahalı kabel oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki stadiondan dəyəri 33500 manat olan kabelləri oğurlamaqda şübhəli bilinən rayonun Sütəmurdov kənd sakini, əvvəllər məhkum olunmuş A.Şərifli saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə heroin aşkarlanıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda əlavə olaraq 2 evdən, 3 həyətdən, 1 təmir sexindən və qəbristanlıqdan metal borular, velosiped, su nasosları, təmir alətləri və digər əşyalar oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Stadiondan manatlıq kabel oğurlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ