Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi insanlarda koronaya qarşı antitel 10 illərlə qala bilər

Bəzi insanlarda koronaya qarşı antitel 10 illərlə qala bilər

Tarix: 29 Mart 2021 21:27

Koronavirusa yoluxduqdan və ya peyvəndi vurduqdan sonra insanda virusa qarşı xüsusi qoruyucu antitellər yaranır. Amma bix çox adamlarda antitellərin ömrü az 5-6 ay, hətta cəmi 1-2 həftə qalıb sonra itdiyi halda, bəzi adamlarda onlar 10 il belə aktiv qala bilər.

Sonxeber.net xəbər verir ki, Sinqapur elmi mərkəzinin alimləri yeni elmi təcrübələrinin nəticələrini The Lancet dərgisində dərc ediblər.

Alimlər 6-9 ay ərzində koronavirusdan sağalan 165 pasiyenti izləyiblər, müntəzəm olaraq onlarda antitel analizi yoxlayıblar.

Onlar iştirakçıları 5 qrupa bölüblər:

12% neqativ qrupda antitel demək olar yaranmadı.

Tez yoxa çıxan qrupunda, yəni 27% pasiyentdə antitellərin səviyyəsi az idi və 1-2 həftə içində itib.

"Tədricən itən" qrupuna daxil 29% xəstədə qanda antitellər az səviyyədə olsa da 5-6-7 ay qalıb və tədricən azalıb.

"Davamlı və dözümlü" qrupda - 32%-də antitel yüksək olub və sağalandan 6 ay sonra da dəyişməyib.

Və nəhayət, cəmi 3% pasiyentin daxil olduğu şanslı "uzun müddətli reaksiya" qrupunda antitellər 3 ay sonra da artmağa davam edib və 1 il keçməsinə baxmayaraq, hələ də onların antiteli var.

Alimlər bildirir ki, xəstəliyi ağır keçirənlərdə antitellər daha güclü olur. Zəif və simptomsuz keçirənlər isə ilk 2 qrupa aid olur. /medicina.az


Etiketlər:  Bəzi insanlarda koronaya qarşı antitel illərlə qala bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ