Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu qətnamə rəsmi Bakının artan nüfuzundan xəbər verir'' - Politoloq

''Bu qətnamə rəsmi Bakının artan nüfuzundan xəbər verir'' - Politoloq

Tarix: 30 Mart 2021 10:15

"COVID-19 pandemiyasının dünyanı əsarətinə aldığı ilk günlərdən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti virusa qarşı effektiv addımlar atan qabaqcıl ölkələrdən biri oldu".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq deyib ki, ölkə başçısının pandemiya ilə bağlı bu təşəbbüsü də qısa müddət ərzində qlobal dəstək qazandı:

"Ölkəmiz daxilində görülən işlərlə yanaşı Azərbaycan dövləti humanizm prizmasından çıxış edərək dünya birliyinin etibarlı tərəfdaşı kimi ayrı-ayrı dövlətlərə yardım və Ümumdünya Səhiyyə Təşkilatına ianələr etdi. Elə bunun məntiqi izahıdır ki, bu istiqamətdə atılan addımlar istər beynəlxalq təşkilatlar, istər Ümumdünya Səhiyyə Təşkilatı, istərsə də ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir.

23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edilməsi də bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edərək, öz bəyanatlarına da sadiq qalaraq dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarı olan ölkədir. Bütövlükdə, qətnaməyə dünyanın fərqli regionlarında yerləşən, iqtisadi indikatorları kəskin fərqlənən və müxtəlif siyasi qruplaşmalara məxsus olan 133 dövlət həmmüəlliflik etmişdir. Bu qətnamə Azərbaycan Prezidenti İlham Əliyevin müsahibələrində hər zaman səsləndirdiyi COVİD əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü və əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüsü də qısa müddət ərzində qlobal dəstək qazandı.  Azərbaycan dövləti Qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparırdı". 

Ş.Həsənova deyib ki, dövlətimiz COVİD-19 pandemiyası kimi bütün maneələri dəf etməyə qadir dövlətdir:

"Ölkəmizin diplomatik uğurlarına, beynəlxalq müstəvidə çəkisinin artmasına qısqanclıqla yanaşan və tamamilə mövzudan kənar danışan Ermənistanın qətnaməyə maneə olmağa çalışması, lüzumsuz yerə siyasiləşdirilən təkliflər verməsi, bunlara baxmayaraq uğursuzluğa məruz qalıb rüsvay olması bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz hətta öncədən proqnozlaşdırıla bilməyən və bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası kimi bütün maneələri dəf etməyə, eyni zamanda bu istiqamətdə bütün bəşəriyyətə töhfə verməyə hazır və qadir dövlətdir. Ermənistanın bu bənd üzrə konsensusa qoşulmamasının yeganə səbəbi həmin xüsusi sessiyanın Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə çağırılması idisə, əslində Ermənistan bir daha göstərdi ki, dövlət olaraq bəşəriyyətin sağlamlığı naminə qlobal təşəbbüslərə qoşulmayan, dünya birliyindən aralı düşən ölkədir".

Təhməz Əsədov


Etiketlər:  qətnamə rəsmi Bakının artan nüfuzundan xəbər verir Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ