Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya Azərbaycanla siyasətinə yenidən baxmalıdır

Almaniya Azərbaycanla siyasətinə yenidən baxmalıdır

Tarix: 30 Mart 2021 12:33

"Almaniya həm Vətən Müharibəsi dövründə, həm də ondan sonrakı müddətdə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilirdi".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Türkiyənin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi Almaniyanı narahat edir:

"44 günlük müharibə dövründə Almaniya bundestaqının radikal qüvvələri və Almaniya üçün Alternativ Partiyasının nümayəndələri Azərbaycanın işğal altında olan regionlarına səfər edirdilər. Bu, heç bir halda Almaniyanın rəsmi mövqeyini əhatə etməsə də istənilən halda deputatların bu cür səfərləri Azərbaycan ictimaiyyəti tərəfindən şiddətlə qınanılırdı. Hazırkı durumda isə regionda dəyişən geosiyasi reallıqlar fonunda Almaniya nümayəndələrinin, eyni zamanda Azərbaycanda akreditasiya olunmuş səfirliyin diplomatlarının işğaldan azad olunan regionlara səfər proqramına düşmək istəməməsi və bu səfərdən imtinası onu göstərir ki, Almaniyadan idarə olunan bəzi qruplar bu reallıqlara kölgə salmağa çalışırlar. Almaniyada bəzi diarələr Türkiyənin regiondakı ədalətli mövqeyinə kölgə salmağa çalışırlar, bu mövqeyi qəbul etmək istəmirlər. Eyni zamanda Almaniyanın Avropa İttifaqının əsas aparıcı qüvvəsi olduğunu nəzərə alaraq bir sıra məsələlərdə Fransa ilə mövqeləri üst-üstə düşür. Adı çəkilən iki dövlət Aİ-nin siyasi, iqtisadi lokomotivi hesab olunur və digər dövlətlərin Avropa İttifaqının çətiri altında inkişafında maraqlı olurlar və bu aspektdən də Türkiyənin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi adı çəkilən dövlətlərdə müəyyən narahatlığa səbəb olur".

İ.Hüseynov deyib ki, Almaniyanın müxtəlif təsirlər altında formalaşan siyasətinə yenidən baxması böyük əhəmiyyət kəsb edir:

"Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Almaniya ilə ikitərəfli, eləcə də çoxtərəfli müstəvilərdə müəyyən inkişaf yolu keçmişdir. Qarşılıqlı səfərlər, diplomatik siyasi təmaslar həyata keçirilib. Eyni zamanda siyasi, iqtisadi və humanitar sahələrdə dövlətlərarası müqavilələr imzalanıb. Almaniya tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla müxtəlif dövürlərdə çıxış edib. Bunu nəzərə alaraq Almaniyanın Azərbaycanın regionda yürütdüyü siyasətə uyğun addımlar atması arzuolunandır. Eyni zamanda Almaniyanın hazırkı durumunda müxtəlif təsirlər altında formalaşan siyasətinə yenidən baxması böyük əhəmiyyət kəsb edir. Azərbaycan bölgədə təhlükəsizliyi, sülhü və davamlı inkişafı təşviq edən dövlət kimi özünü göstərib, dünyada sülhə və təhlüəsizliyə təhdid törədən hadisələrə qarşı təşkil edilən bir sıra layihələrdə, platformalarda iştirak edir. Üçtərəfli platformalarda uğurlu iştirakımız göz önündədir. Bunu nəzərə alaraq Almaniya regionda böyük söz sahibi olan Azərbaycanla öz siyasətinə yenidən baxmalıdır".

Təhməz Əsədov


Etiketlər:  Almaniya Azərbaycanla siyasətinə yenidən baxmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ