Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 13:46
Bakıda internetdə tanış olduğu qızla görüşə gedən şəxsin maşınını, telefonunu və pullarını əlindən alıblar.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsində baş verib.
Şəhər sakini, 1976-cı il təvəllüdlü X.Məmmədov tanış olduğu İlahə adlı qadının gecə saat 01 radələrində Masazır qəsəbəsində yaşadığı evə gedib. Orada naməlum şəxs onun qoluna bıçaqla xəsarət yetirərək "Mercedes" markalı avtomobilini, mobil telefonunu və 300 manat pulunu alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalarla həmin şəxsin Ağdam rayon sakini, əvvəllər xuliqanlıq və narkotik daşınmasına görə məhkumluq həyatı yaşamış 1985-ci il təvəllüdlü Qorxmaz Nəsirov olduğu müəyyən edilib.
Onun, həmçinin, avtomobil qaçırdığı üçün Ağcabədi polisi tərəfindən axtarışda olduğu məlum olub. Q. Nəsirov X.Məmmədovdan aldığı maşının nömrəsini çıxarıb, avtomobilə 10 CZ 044 nömrəsini bağlayaraq maşını idarə edirmiş.
Faktla bağlı araşdırma aparılır.