Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Büst oğrularının analoji cinayətlər törətməsi istisna olunmur - VİDEO

Büst oğrularının analoji cinayətlər törətməsi istisna olunmur - VİDEO

Tarix: 30 Mart 2021 14:00

Dəstənin digər analoji cinayətlər törətməsi istisna olunmur.

Milli.Az Real TV-ə istinadən bildirir ki, Xəzər rayonunda büst oğurlayan şəxslər saxlanılıblar.

Latun və bürüncdən olan büstü oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.

Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büstü oğurlanmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar, Bakı şəhər sakinləri Elman Mirzəyev, qardaşı Eldar Mirzəyev, Vidadi Quliyev, Emil İsgəndərov və Ruslan Səmədov tutulublar. Dəstə üzvləri oğurladıqları büstü sataraq əldə etdikləri pulu aralarında bölüblər. Qeyd edilən büst aşkar olunaraq polis əməkdaşları tərəfindən maddi sübüt kimi götürülüb.

Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

Milli.Az


Etiketlər:  Büst oğrularının analoji cinayətlər törətməsi istisna olunmur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ