Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həmin şəxs Xatirədən istifadə edərək çoxlarını aldadıb”

''Həmin şəxs Xatirədən istifadə edərək çoxlarını aldadıb”

Tarix: 30 Mart 2021 17:20

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam Türkiyədə yaşayan Sahil İmanov adlı şəxsin ona və yaxınlarına dələduzluq etdiyini açıqlayıb. Hətta ifaçının paylaşımında Əməkdar artist Vasif Məhərrəmlinin də adı hallanıb. Bildirilib ki, müğənni İnstaqramda göy işarə almaq üçün adı hallanan şəxsə pul ödəyib.

Sonxeber.net xəbər berir ki, V.Məhərrəmli Axşam.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O, Xatirədən belə təklif alsa da, razılaşmadığını deyib:

"Bu adamı tanımıram, heç bir ödəniş də etməmişəm. Xatirə mənə təklif etmişdi ki, İnstaqramda göy işarə almağa yardım edəcək, filan qiymətdir. Mən də düşündüm ki, bu iş üçün pul ödəməyə dəyməz. Hətta Xatirəyə əvvəlcədən dedim ki, ona inanmıram. Bu işdə nə aldanmışam, nə də pul ödəmişəm. Müğənniyəm, lazım gəlsə, bunu pulsuz ala bilərəm. Xatirə də o şəxsə Mübariz Mənsimovun adına görə inanıb. Çünki adam özünü onun yaxını kimi təqdim edib. Xatirə də kimə sosial şəbəkə ilə bağlı yardım lazım olubsa, ona yönləndirib. Həmin adam Xatirənin əli ilə çoxlarını aldadıb".


Etiketlər:  Həmin şəxs Xatirədən istifadə edərək çoxlarını aldadıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ