Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əsas yoluxma mənbəyi avtobuslardır” - Adil Qeybulla - VİDEO

''Əsas yoluxma mənbəyi avtobuslardır” - Adil Qeybulla - VİDEO

Tarix: 30 Mart 2021 19:24

Ölkədə koronaya yoluxma sayının sürətlə artmasının konkret səbəbini Britaniya ştammı ilə əlaqələndirmək çətindir. Ola bilər ki, Azərbaycanın öz daxilində də hansısa mutasiyaya uğrayan virus olsun.

Bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, yoluxma sayındakı artım insanlar arasında təmasın azaldılması istiqamətində qərarların qəbul edilməsini zəruri edə bilər:

"Bu qərarlar həm ən sərt formada, yəni SMS-icazə və ya iaşə obyektlərinin bağlanması və s. kimi müxtəlif məhdudiyyətlər tətbiq etməklə bağlı ola bilər. Bununla yanaşı ictimai nəqliyyatla bağlı problemlər həll edilməlidir, çünki əsas yoluxma mənbəyi avtobuslardır". 

A. Qeybulla epidemioloji vəziyyətdən asılı olaraq sərt karantinin ən az 20-30 gün müddətində tətbiq edilə biləcəyini qeyd edib:

"Uşaqlarda və yeniyetmələrdə bu xəstəlik daha çox temperatur, ürəkbulanma, qusma və s. əlamətlərlə özünü büruzə verir. Bu, bizi narahat edir. Əgər məhdudiyyətə ehtiyac yaranarsa, dövlət bununla bağlı qərar verməlidir. 

Epidemioloji vəziyyətdən və üçüncü dalğanın uzunluğundan asılı olaraq sərt karantın 20 gün və ya 1 ay müddətində qəbul edilə bilər. Bununla yanaşı peyvəndin bu mutagen ştamları nə dərəcədə əhatə etməsi də hələ aydın deyil".


Etiketlər:  Əsas yoluxma mənbəyi avtobuslardır Adil Qeybulla VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ