Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni “Nokia” smartfonları

Yeni “Nokia” smartfonları

Tarix: 30 Mart 2021 21:20

Aprel ayında "Nokia" markası altında dörd smartfon çıxacaq. Bu barədə "Nokiapoweruser" nəşri xəbər verir. Jurnalistlər şirkətin aprelin 8-i növbəti təqdimatını elan edən "HMD Global" şirkətin rəsmi reklam mesajlarına diqqət çəkib. Şirkət planlaşdırılan cihazların sayını və adlarını açıqlamayıb. "Şübhəsiz ki, xüsusi heşteqin işə salınması ilə "Nokia" smartfonlarının buraxılması böyük hadisə olacaq", - deyə müəlliflər qeyd edir.

Aprel ayının əvvəlində şirkət "Nokia 6.3" və "Nokia 6.4", eləcə də "Nokia 7.3" və "Nokia 7.4" smartfonlarını təqdim edə bilər. İnsayderlər cihazların adlarının dəyişə biləcəyini qeyd edib. Yayımlanan məlumatlarda "Nokia 7.3" və "Nokia 7.4" cihazlarının 5G texnologiyasını dəstəkləyəcəyi bildirilir. "Nokia 6.3" və "Nokia 6.4" cihazları beşinci nəsil rabitə standartını dəstəkləməklə yanaşı, optika sahəsində ixtisaslaşmış "Carl Zeiss" şirkətindən də dörd obyektivə və optik kameraya sahib olacaq. Əsas sensor 48 meqapiksel ölçüyə malik alacaq.


Etiketlər:  Yeni Nokia smartfonları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ