Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2021 15:30
Ermənistanın məşhur hərbçilərindən biri, "Kommandos" və "Dağ tülküsü" ləqəbli general-mayor Arkadi İvanoviç Ter-Tadevosyan ölüb.
Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, 82 yaşlı Ter-Tadevosyan ağır xəstə idi və İrəvandakı klinikalardan birində ürək-damar çatışmazlığından müalicə alırdı.
Xankəndindəki terrorçu xuntanın "ordu" adlandırdığı silahlı birləşmələrinin yaradıcılarından olan Ter-Tadevosyan 1992-ci ilin 8-9 may günlərində Şuşanın işğal edilməsi əməliyyatının iki müəllifindən biri idi. Digər müəllif isə "Baş Qərargah rəisi" Qurgen Dalibaltayan idi.
Sonralar Ter-Tadevosyan Ermənistan Müdafiə Nazirliyində kadr hazırlığı idarəsinin rəisi və nazir müavini olmuşdu.
"Şuşa qəssabı" kimi tanınan Ter-Tadevosyan Ermənistan Silahlı Qüvvələrinin formalaşmasında aktiv iştirak etmişdi.