Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''da növbəti itki

''Real''da növbəti itki

Tarix: 27 Iyul 2019 11:24

"Real"ın yeni transferi Luka Yoviç zədələnib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Beynəlxalq Çempionlar kubokunda keçirilən "Atletiko" ilə matçın (3:7) 30-cu dəqiqəsində rəqib qapıçı Yan  Oblakla toqquşma zamanı zədə alıb. Oyuna davam edə bilməyən serbiyalı hücumçu Kərim Benzema ilə əvəzlənib.

Yoviç Madrid klubunda bu yay 4-cü zədələnmiş futbolçusudur. Bundan əvvəl Brahim Dias, Ferlan Mendi, Marko Asensio sıradan çıxıb.

 


Etiketlər:  Realda növbəti itki


RƏYLƏR