Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə keçdi (YENİLƏNİB)

Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə keçdi (YENİLƏNİB)

Tarix: 27 Iyul 2019 11:44

Bakı. Elçin Mehdiyev – Trend:

Qonaqların və idmançıların rəylərinə əsaslanaraq deyə bilərəm ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə keçirdik.

Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov festivalın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, bütün qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılır:

"İdmançılarımız festivalı 48 ölkə arasında ikinci pillədə başa vurmağa yaxındır. Bu festival idmançılarımızı gələcəkdə daha böyük naliyyətlər əldə etməyə ruhlandıracaq".

A.Rəhimov bildirib ki, Azərbaycan idmançıları yarışlarda uğurla iştirak etdilər: "İdmançılarımızın qazandığı medalların sayı və keyfiyyəti bizi qanə edir”.

Nazir əlavə edib ki, festivalın bağlanış mərasimi üçün biletlər tamamilə satılıb.

A.Rəhimov oyunlara tamaşaçı marağının gözlənildiyindən də çox olduğunu, həndbol, atletika, üzgüçülük yarışlarına gündəlik sessiyalarda nəzərdə tutulan bütün biletlərin satıldığını, güləş, cüdo və gimnastika yarışlarında isə hətta nəzərdə tutulandan əlavə yerlər açmalı olduqlarını deyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azad Rəhimov Avropa Gənclər Olimpiya Festivalı yüksək səviyyədə keçdi YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ