Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stiven Siqal da həyat yoldaşı ilə ''JARA''ya qatıldı (FOTO)

Stiven Siqal da həyat yoldaşı ilə ''JARA''ya qatıldı (FOTO)

Tarix: 27 Iyul 2019 12:15

Bakı. Vüqar İmanov - Trend:

"JARA 2019" Beynəlxalq Musiqi Festivalının qonaqları sırasına Hollivud ulduzu Stiven Siqal da qatılıb.

Trend-in məlumatına görə, ulduz Bakıya Monqolustandan olan xanımı ilə təşrif buyurub.

Festivalı çox bəyəndiyini vurğulayan aktyor bildirib: "Emin mənim dostumdur və mən böyük məmnuniyyətlə onun Bakıya dəvətini qəbul etdim. Yenidən Azərbaycanda olmağıma çox şadam. Xəzər sahilində dincəlmək, bu möhtəşəm festivalda iştirak etmək xoşdur".

Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçirilir. Bu il "JARA 2019"da 250-ə yaxın sənətçi iştirak edir.

FOTO: Zaur Mustafayev

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Stiven Siqal həyat yoldaşı ilə JARAya qatıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ