Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 10:10
Ümumdünya Səhiyyə Təşkilatının araşdırması zamanı 19 yaşdan aşağı uşaqlarda COVİD-19-a yoluxduqdan və ya korona xəstələri ilə təmasda olduqdan 4-6 həftə sonrakı müddətdə ağır siptomları olan postcovıd sindromu müşahidə edilib.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim-pediatr Günay Rəsulova deyib. O bildirib ki, uşaqlar bu infeksiyanı kifayət qədər ağır keçirib:
"Bu sindrom zamanı uşaqlarda günlərlə davam edən və düşmək bilməyən yüksək temperatur, eyni zamanda ürəkdə çox ciddi ürək damarları və qapaqlarının zədələnməsi ilə gedən kavasaki sindromuna bənzər vaskulit sindromunu gördük.
Həmin sindrom zamanı uşaqlarda bütün orqan və sistemlərdə zədələnmələr ola bilir. Yeni ştammın uşaqlarda yüksək hərarət, öskürək, pnevmaniya, mədə-bağırsaq simptomları, qusma, ishal, səpkilər, əzələ ağrıları və s. halların yaratmasını müşahidə edirik".
O həmçinin qeyd edib ki, əvvəlki dövrlərlə müqayisədə uşaqlar arasında yoluxma daha çox artsa da, ölüm halları çox az olub:
"Koronavirus keçirdikdən 4-6 həftə sonrakı müddətdə hərarətin yüksəlməsi, dərmanların qəbul edilməsinə rəğmən qızdırmanın düşməməsi, bütün orqan, sistemlərin zədələnməsi, ürək damarları və koronar arteriyanın zədələnməsi hallarına rast gəlirik. Buna kavasaki sindromu da deyilir. Bu zaman ürəkdə genişlənmə olur və infeksiyadan sonra fəsad da qala bilir.
COVİD-dən sonra 4-6 həftə ərzində uşaqda yüksək qızdırma və hərarət varsa, poscovid sindromu ola bilmə ehtimalı düşünülməli və valideynlər vaxtında həkimə müraciət etməlidirlər. Gecikmiş vəziyyətlərdə müalicə uğurlu olmaya və uşaqların ürəyində fəsadlar qoya bilər".