Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 11:56
Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi dənizdə çalışan 15 min nəfərə yaxın işçini xüsusi təlimlərə cəlb edir. Kursu bitirənlərə beynəlxalq sertifkatlar verilir. Bu da imkan verir ki, həmin şəxslər dənizin bütün sahələrində işləyə bilsinlər. Əməkdaşlarımız keçirilən təlim prosesini izləyiblər.
Gəmi və helikopterin şərti qəzası baş verir. İçəridəki heyət xilas olmağa çalışır.
Görüntülər SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzindəndir. Mərkəzdə Socar-ın dəniz şəraitində çalışan əməkdaşları fövqəladə hallar zamanı sağ qalmaq üçün bu cür təlimlərə cəlb edilir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, idarə rəisi Fuad Süleymanovun sözlərinə görə, SOCAR-ın 15 minə yaxın işçisi dənizdə çalışır. Bütün işçilər təlim kurslarına cəlb olunurlar.
Fuad Süleymanov bildirib ki, dəniz şəraitində çalışa bilmələri üçün işçilər 3 kursa cəlb olunurlar. Kursları bitirənlərə beynəlxalq sertifkatlar verilir. Bu da onlara dənizin bütün sahələrində işləmək imkan yaradır. Kursu tamamlaya bilməyənlərə isə dənizdə işləməyə icazə verilmir
Qeyd edək ki, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarında insan həyatının mühafizəsi və xilasetmə-təxliyə sahəsində nüfuzlu beynəlxalq qurumlarda akkreditasiya olunub.