Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyi: Karantin qaydaları sərtləşdirilə bilər - VİDEO

Səhiyyə Nazirliyi: Karantin qaydaları sərtləşdirilə bilər - VİDEO

Tarix: 1 Aprel 2021 12:32

Karantinin sərtləşdirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılıdır. Təbii ki, epidemik durumu nəzərə alaraq müvafiq qərar qəbul edilə bilər. 

Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

Novruz bayramı ilə əlaqədar bir neçə günlük ictimai nəqliyyat fəaliyyət göstərməməsinə baxmayaraq, yoluxma sayında artım baş verdiyini qeyd edən nazirlik rəsmisi karantin qaydalarına əməl edilməsi ilə bağlı nəzarətin gücləndirilməsi lazım olduğunu bildirib:

"Hamımıza bəllidir ki, ictimai nəqliyyat koronavirusun yayılmasında ən başlıca amillərdən biridir. Bununla yanaşı kütləvi tədbirlər, yəni toylar, yas mərasimləri, ad günləri zamanı da yoluxmaların geniş yayılması qeydə alınıb. Bu səbəbdən bu cür tədbirlərin məhdudlaşdırılmasının davam etdirilməsi, sanitar-gigiyenik qaydalara nəzarətin gücləndirilməsi lazımdır". 

N. Seyidov onu da qeyd edib ki, hazırkı vəziyyətdə regionların qorunmasına ehtiyac var: 

"Bakı əhalisinin əhəmiyyətli bir qismi artıq yoluxub və sağalıb. İkinci dəfə yoluxanlar artıq bu xəstəliyi yüngül keçirirlər. Yəni Bakı, Gəncə və Sumqayıtın kollektiv immunitetə doğru çatması ehtimalı daha çoxdur, nəyinki regionların. Hazırda regionların qorunması çox vacibdir. Çünki onlar bu günədək korona ilə sıx təmasda olmayıblar. Regionlarda alovlanma olarsa, bu, sürətlə baş verə bilər. Bakıda isə hazırda yoluxma daha az sürətlə davam edir".

O qeyd edib ki, mütəxəssislər bu ilin sonunadək pandemiyanın sınma nöqtəsi baş verə biləcəyini proqnozlaşdırır.


Etiketlər:  Səhiyyə Nazirliyi Karantin qaydaları sərtləşdirilə bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ