Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu şəxslərin açıq havada maska taxmasına lüzum yoxdur” - AÇIQLAMA

“Bu şəxslərin açıq havada maska taxmasına lüzum yoxdur” - AÇIQLAMA

Tarix: 1 Aprel 2021 13:38

Son günlər koronavirusa yoluxma statistikasında müşahidə edilən artım karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı müzakirələrə yol açıb. Bundan əlavə sərt karantin dövründə vaksin olunmuş şəxslərə güzəştlərin tətbiq ediləcəyi də gözlənilir.

Maraqlıdır, virus əleyhinə peyvənd olunan şəxslərə hansı güzəştlər tətbiq edilə bilər?

Sonxeber.net bildirir ki, məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov vaksin olunmuş şəxslərin bir çox üstünlüklər qazana bilcəyini qeyd edib:

"Vaksin olunmuş şəxslərə sərt karantin dövrdə hərəkətlə bağlı məhdudiyyət tətbiq edilməyə bilər. Düşünürəm ki, onlar "SMS icazə"dən istifadə etməyə bilərlər. Bundan əlavə açıq hava şəraitində bu şəxslərin maska taxmasına da lüzum yoxdur. Vaksin olunan insanlarda yoluxduruculuq qabiliyyəti aşağı olduğu üçün təhlükəli hesab olunmurlar. Peyvənd olunan şəxslər xəstəliyə ya yoluxmur, ya da xəstəliyi simptomsuz keçirirlər". 

İ.Bayramov buna baxmayaraq, vaksin olunmuş şəxslərin də bəzi qaydalara riayət etməli olduğunu qeyd edib:

"Koronavirus əleyhinə vaksin olunmuş insanlar da digər şəxslər kimi gigiyenik qaydalara mütləq əməl etməlidir. Çünki vaksin yeni ştamma qarşı əvvəlki növdən nisbətən az təsir edə bilər. Düzdür, peyvənd olunmuş insanlar xəstəliyə yoluxacağı təqdirdə vəziyyət böyük ehtimalla stabil olaraq qalacaq, lakin yeni ştamm daha yüksək yoluxduruculuq qabiliyyətinə malikdir. Bu baxımdan peyvənd olunmuş şəxslərin də diqqətli olması daha yaxşıdır". 

Xatırladaq ki, ölkə ərazisində 18 yanvardan etibarən COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 547 541 nəfər peyvəndlənmə prosesində iştirak edib.


Etiketlər:  şəxslərin açıq havada maska taxmasına lüzum yoxdur AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ