Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' evdə əsəbi oynayacaq'' - Mik Makkarti

''Qarabağ'' evdə əsəbi oynayacaq'' - Mik Makkarti

Tarix: 27 Iyul 2019 13:48

İrlandiya millisinin baş məşqçisi Mik Makkarti Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Dundalk" - "Qarabağ" oyunu (1:1) haqda danışıb.

Qol.az-ın "İrish Mirror"a istinadən yaydığı xəbərə görə, o, "Qarabağ" xüsusi epizodlar  yaratmadan topa sahib olduğunu bildirib:  Amma onların 17 (Abdullah Zubir-red) və  3 (Ailton-red) nömrələri gözəl oynadılar. 11 (Mahir Emreli - red) və 20 (Riçard Almeyda-red) nömrəli futbolçularını da bəyəndim. Amma "Dundalk" layiqli mübarizə apardı və yaxşı düşünülmüş künc zərbəsindən sonra qol vurdu.  Onlar öz mübarizəsi ilə heç-heçəyə layiq idilər".

M.Makkarti cavab görüşü barədə də fikirlərini bildirib: "Düşünürəm ki, oyunda yaxşı tərəf  "Qarabağ" idi. Ədalətsizlik olsa belə, sonlara doğru bir qol da vururaq qələbə qazana bilərdik. Amma bunu bacarmadıq. Fikrimcə,  "Qarabağ" evdə əsəbi oynayacaq".

 


Etiketlər:  Qarabağ evdə əsəbi oynayacaq Makkarti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ