Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenskinin həyat yoldaşının gəlirləri açıqlandı

Zelenskinin həyat yoldaşının gəlirləri açıqlandı

Tarix: 1 Aprel 2021 17:36

Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyi Prezident Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın "Kvartal 95"  televiziya studiyasında maaşını açıqlayaraq gəlir bəyannaməsi yayımlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenskaya ssenari müəllifi kimi bir ayda 80 min qrivna (4880 AZN), bir ildə isə 952,900 qrivna (təxminən 59 min AZN qazanır.

Əlavə olaraq, sənədə görə, Prezidentin yoldaşı əmlak kirayəsindən il ərzində  2.443.027 qrivna (təxminən 150 min AZN) gəlir əldə edib.

Qeyd edək ki, "Kvartal 95" televiziya studiyası filmlər, seriallar və yumoristik proqramlar istehsal edir. Studiyanı quran Zelenski Prezident seçildikdən sonra işdən çıxıb.

Milli.Az


Etiketlər:  Zelenskinin həyat yoldaşının gəlirləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ