Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2019 14:24
Bakı. Cani Babayeva - Trend:
XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb.
Trend-in məlumatına görə, bu gün müxtəlif növlər üzrə gimnastika hərəkətlərində finallar baş tutacaq. Kişilər arasında dayaqla tullanma, paralel qollarda hərəkətlər üzrə, qadınlar arasında isə sərbəst hərəkətlərdə qalib və mükafatçılar müəyyənləşəcək.
Kişilər və qadınlar üzrə idman gimnastikası yarışları 23-27 iyul tarixlərində baş tutub. Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.
Səməd Məmmədli 3 növ - sərbəst hərəkətlərdə, atla hərəkətlərdə və çoxnövçülük üzrə finala çıxıb. Gimnast atla hərəkətlərdə gümüş medala sahib olub.
Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
FOTO - Ceyhun Ələkbərov
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin