Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2021 11:50
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin ən məhsuldar futbolçularının siyahısını tərtib edib.
Milli.az qol.az-a istinadən xəbər verir ki, siyahıda 34 oyunçu yer alıb. Aktivində 18 qol olan "Bavariya"nın hücumçusu Robert Levandovski cədvəldə birincidir. "Barselona"nın kapitanı Lionel Messi 16 topla 2-ci, Tardeli Reis ("Samut Prakan", Tailand) isə 15 qolla 3-cüdür.
Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo 11 qolla 17-ci yerdədir.
Qeyd edək ki, siyahıya milli və beynəlxalq səviyyəli turnirlərdə ən azı 10 qol vuranlar daxil edilib.